FHN Cəlilabaddakı qəza ilə bağlı məlumat yaydı


13:23     18 Aprel 2018 qeza_yeni.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu ərazisində "QAZel" markalı mikroavtobus və yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.


Femida.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı xəsarət alan və avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 714