Corc Buşun həyat yoldaşı öldü


14:32     18 Aprel 2018 2018/04/151512_saqb1fhnnk_1524033236.jpg

ABŞ-ın keçmiş birinci xanımı, 41-ci prezident ata Corc Buşun həyat yoldaşı, 43-cü prezident Corc Buş-balacanın anası Barbara Buş 92 yaşında dünyasını dəyişib.


Femida.az xarici mediaya istinadən xəbər verir ki, xanım Buşun vəfatı haqda məlumatı rəsmi nümayəndəsi Cim Makqrat yayıb:

“ABŞ-ın keçmiş birinci xanımı Barbara Pirs Buş çərşənbə axşamı, 92 yaşında dünyasını dəyişib. O, həyat yoldaşı Corc Buşla 73 il ailə həyatı yaşayıb. 5 uşağı, 17 nəvəsi, 7 nəticəsi var”.

Barbara Buşun ölümü ilə bağlı Amerikanın hazırkı prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp da başsağlığı verib. Trampların rəsmi başsağlığında deyilir:

“Qadın, ana, nənə və həyat yoldaşı, keçmiş birinci xanım kimi xanım Buş amerikalı ailəsinin ənənələrinin qoruyucusu olub. Onu çox gözəl xidmət etdiyi ölkəsi və ailəsi hər zaman xatırlayacaq”.

Femida.az

Açar sözlər: #ABŞ   #Buş   #Amerikalı   #Tramp  

Oxunub: 1082