Dünyanın ən güclü ordularının REYTİNQİ: Azərbaycan NEÇƏNCİDİR? - SİYAHI

Dünyanın ən güclü ordularının REYTİNQİ: Azərbaycan NEÇƏNCİDİR? - SİYAHI

10:36     18 Aprel 2018 2018/04/nkarab3_1524033995.jpg

Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” reytinqində 53-cü yeri tutub.

Femida.az xəbər verir ki, bu barədə “Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) təşkilatının dərc edilmiş hesabatında qeyd olunub. Hesabatda ümumilikdə 136 ölkə yer alıb.

Azərbaycan reytinq siyahısında ötən illə müqayisədə 6 pillə irəliləyib.

Türkiyə siyahıda 9-cu, İran 13-cü, Gürcüstan 82-ci, Ermənistan 84-cü yerdədir. Hesabatda ilk üçlükdə müvafiq olaraq ABŞ, Rusiya və Çin qərarlaşıb.

“Global Firepower Index” reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün Global Firepower Index-in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.

Femida.az

Açar sözlər: #Ordu   #Azərbaycan   #reytinq  

Oxunub: 4625