Qarabağda daha bir erməni əsgər öldü


15:04     18 Aprel 2018 ermeni_herbci.jpg

Azərbaycanın işğal olunmuş ərazilərində daha bir Ermənistan əsgəri həlak olub.


Femida.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aprelin 17-də mina partlayışı nəticəsində 1998-ci il təvəllüdlü hərbi qulluqçu Ruslan Manukyan ölüb.

Fakt araşdırılır.

Qeyd edək ki, aprelin 16-da da Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər həlak olub. Onun ehtiyatsızlıqdan odlu silahdan atəş açılması nəticəsində öldüyü bildirilir.

Femida.az

Açar sözlər: #Qarabağ   #Azərbaycan   #Ermənistan  

Oxunub: 1236