Statistika Komitəsinin binası yenidən qurulacaq


16:00     18 Aprel 2018 statistika%20komitesi.jpg

Dövlət Statistika Komitəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmiri məqsədi ilə layihə-smeta sənədlərinin hazırlanması üzrə işlərin satın alınmasına dair kotirovka sorğusu elan edilib.


Komitədən Femida.az-a verilən məlumata görə, iddiaçılar “Kotirovka sorğusunun şərtlər toplusu”nu Dövlət Statistika Komitəsinin inzibati binasının yerləşdiyi Bakı şəhəri, İnşaatçılar prospekti 81 (otaq 513) ünvanından əldə edə bilərlər.

Təkliflər 2018-ci il may ayının 1-i saat 18:00-dək qəbul edilir. Təklif zərfləri 2018-ci il may ayının 2-si saat 12:00-da açılacaq.

Femida.az

Açar sözlər: #Statistika   #Komitə   #Bina   #İnşaatçılar  

Oxunub: 987