Azərbaycana toz dumanı gəlir - Nazirlik operativ iş rejiminə keçdi


16:07     18 Aprel 2018 toz_dumani.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən 18-19 aprel 2018-ci il tarixlərində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, buna səbəb 18 aprel 2018-ci il tarixində günorta saatlarından başlayaraq ölkə ərazisinə Ərəbistan yarımadasından cənub-qərb küləkləri vasitəsilə toz-dumanının daxil olmasıdır.

Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Femida.az

Açar sözlər: #Ərəbistan   #Bakı   #Abşeron  

Oxunub: 1082