Qəbiristanlığa aparıb öldürdülər - Qubada dəhşətli qətl


16:12     18 Aprel 2018 meyid.jpg

Qubada qətl törədilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb.

Nəticədə xəstəxanaya yerləşdirilmiş Ş.Sumxayeva orada ölüb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Quba   #Qəbiristanlıq   #DİN  

Oxunub: 1083