Şabranda yol qəzası - ÖLƏN VAR


18:22     18 Aprel 2018 qeza_yeni.jpg

Şabran rayonunun Sincanboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, aprelin 17-də saat 1 radələrində Şabran rayonunun Sincanboyad kəndində Balakən rayon sakini Bəşir Mutuxov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Uzunboyad kənd sakini Asim Cahangirovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Şabran   #yol   #qəza  

Oxunub: 823