Ermənilər dinc sakinimizi vurdu - Cəbhədə təxribat başladı


20:07     18 Aprel 2018 big_1403499351_cebhe.jpg

Azərbaycan ərazilərini işğal altında saxlayan erməni silahlı bölmələri bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.


Femida.az -ın APA-ya istinadən məlumatına görə, Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.


Xəstəxanaya yerləşdirilən R. Hacıyevin vəziyyəti qənaətbəxşdir.

Açar sözlər: #Cəbhə   #Müdafiə_Nazirliyi   #Ermənistan   #Qarabağ  

Oxunub: 2488