Sumqayıtda top mərmisi tapıldı


00:03     19 Aprel 2018 2018/04/sumqayit-sheheri-5-ci-mehelle-3_1524067535.jpg

Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Femida.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Femida.az

Açar sözlər: #Sumqayıt   #Mərmi   #ANAMA  

Oxunub: 1020