İlham Əliyev fəxri nişanla təltif olundu


00:32     19 Aprel 2018 2018/04/1524059787_mukafat_1524068717.jpg

İƏT Gənclər Forumunun Beynəlxalq İdarə Heyətinin yekdil qərarı ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Gənclərin hamisi” Fəxri Nişanı ilə təltif edilib.


Femida.az xəbər verir ki, nişan Bakıda keçirilən İƏT Gənclər və İdman nazirləri 4-cü Konfransının iştirakçılarının Azərbaycan Respublikası Prezidenti tətəfindən rəsmi qəbulu zamanı ölkə başçısına təqdim edilib.

Mükafat haqda məlumat verən İƏT Gənclər Forumunun Fələstindən olan İdarə Heyətinin üzvü Mazin Mahmud Əbdülrəhim bildirib ki, “Gənclərin hamisi” Fəxri Nişanı ilə İƏT ölkələri gənclərinin hərtərəfli inkişafı və yetişdirilməsi, dəstəklənməsi istiqamətində göstərdiyi fövqəladə və müstəsna xidmətlərə görə İƏT dövlət başçıları, tanınmış dövlət və ictimai xadimləri mükafatlandırılır.

“Gənclərin hamisi” Fəxri Nişanı 2016-cı ilin aprelində İƏT Gənclər Forumunun təşəbbüsü ilə İstanbulda 40 İƏT ölkəsinin iştirakı ilə keçirilmiş “1-ci İƏT Gənc Liderlər Sammiti”nin (İƏT Dövlət Başçıları Sammitinin rəsmi gənclik proqramı) qərarı ilə təsis edilib. Ötən müddətdə mükafatın Əsasnaməsi və təltif qaydaları, eləcə də dizaynı beynəlxalq müsabiqə vasitəsilə qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu mukafatın təqdim olunduğu ilk şəxsdir.

Femida.az

Açar sözlər: #Gənclər   #Mükafat   #İƏT  

Oxunub: 1044