Ucarda iki maşın toqquşub, xəsarət alanlar var


01:15     19 Aprel 2018 qeza_yeni.jpg

Ucarda iki nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.


Bu gün axşam saatlarında şəhərin Oğuz küçəsində "Mercedes" və "VAZ-2107" markalı minik maşınlarının toqquşub.

Nəticədə Ucar rayonun Yuxarı Şilyan kənd sakini, 1996-cı il təvəllüdlü Uğur Güləhməd oğlu Rəhimov və şəhərin Vəsilə Zahidov küçəsində yaşayan, 1985-ci il təvəllüdlü Elnur Zahid oğlu Əliyev müxtəlif xəsarətlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 775