Kubada prezidentliyə namizəd məlum olub


03:25     19 Aprel 2018 2018/04/kuba_1524073238.jpg

Kuba parlamenti ölkənin vitse-prezidenti Miqel Dias-Kanelin prezidentliyə namizədliyini irəli sürüb.


Femida.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, təklif parlament tərəfindən müzakirə ediləcək, son qərar aprelin 19-da açıqlanacaq.

Seçildiyi təqdirdə Miqel Dias-Kanel 1959-ci il inqilabından sonra Kastro ailəsindən olmayan ilk dövlət başçısı olacaq. Vitse-prezident postuna Salvador Valdes Mesanın namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Kubanın hazırkı prezidenti Raul Kastro vəzifəsini tərk etmək qərarına gəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 857