“Azərenerji”nin əməkdaşını “tok” vurub öldürdü


03:51     19 Aprel 2018 tok.jpg

Göygöl elektrik şəbəkəsinin işçisini cərəyan vuraraq öldürüb.


Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun yaxınlığında baş verib.

Şəbəkənin elektriki, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Abbasov Fariz Telman oğlu ərazidə iş görən zaman cərəyan onu vurub. O dərhal xəstəxanaya çatdırılsa da öldüyü məlum olub.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1089