İran dollardan imtina etdi


04:33     19 Aprel 2018 2018/04/2339909-1523380637-1524082455_1524083379.jpg

İran hökuməti ABŞ dollarından imtina edərək beynəlxalq hesablamalarda avroya keçid barədə qərar qəbul edib.


Femida.az İran KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı hökumətin iclasında qərar qəbul olunub. Qərara əsasən İran xarici ticarəti yalnız avro ilə aparacaq..

İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyfi bildirib ki, ABŞ İran iqtisadiyyatını sanksiyalarla zəiflətmək istəyir. Buna cavab olaraq dollardan imtina edilib.

Seyfi, həmçinin İranda valyuta bazarında yaranan qeyri-sabit vəziyyətin təqsirkarının ABŞ olduğunu deyib.

Femida.az

Açar sözlər: #İran   #ABŞ   #Dollar  

Oxunub: 962