Bayılda evləri dağılan ailələrə XƏBƏR VAR
14:29 19 Aprel 2018
Bayılda evləri dağılan 6 ailə üçün təyin olunan birdəfəlik maddi yardım bu gün axşamadək hesablara köçürüləcək.
Femida.az xəbər verir ki, ailə başçıları aprelin 20-dən həmin vəsaitləri müvafiq bank hesabınlarından çıxara bilərlər.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə fevralın 10-da baş vermiş lokal torpaq sürüşməsi nəticəsində evi əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşən, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla ümumilikdə 347 min 600 manat məbləğində birdəfəlik maddi yardım ödənilməlidir.
Femida.az
Oxunub: 1400
Oxşar xəbərlər
- DİN: Bayıl qəsəbəsində domino oynayanlar saxlanılıb - FOTO
- Bayılda neft buruqlarının mühərriklərini oğurladılar - FOTO
- Bayıl sürüşmə zonasında yaşayanlar köçürüləcək - SƏRƏNCAM
- Nazirlər Kabineti qərar verəcək - Bayıldakı sürüşmə ilə bağlı
- Bayıl sürüşmə zonasında 98 ev söküləcək
- Eldar Əzizov: "Bayıldakı sürüşmə zonası ilə bağlı xüsusi layihə hazırlanır"
- Bayıldakı sürüşmə davam edir
- "Evləri tərk edin!" - Bayılda yaşayanlara rəsmi XƏBƏRDARLIQ
- Bayılda təhlükə artır - Avtobusların gediş-gəlişi dayandırıldı
- Bayılda yenə sürüşmə olub - VİDEO