Hacıqabulda ağır qəza - 30 ton sement yola dağıldı


15:02     19 Aprel 2018 2018/04/yol-4_1524121542.jpg

Bakı-Qazax yolunda ağır tonnajlı yük avtomobili aşıb, 30 tondan çox sement kisəsi yola dağılıb

Hacıqabul rayonunda, Bakı-Qazax magistralının 112-ci kilometrliyində ağır tonnajlı yük avtomobili aşıb.

Femida.az APA-ya istinadən xəbər verir ki, Qurbanov Rahib Ramiz oğlunun idarə etdiyi “Qlobal” MMC-yə məxsus “MAN” markalı yük treylerinin aşması nəticəsində yol infrastrukturuna ciddi ziyan dəyib. Yük avtomobilində olan 30 tondan çox sement yola dağılıb. Sürücü yüngül xəsarət alıb. Sükan arxasında yuxulayan sürücü dəmir sədləri qıraraq magistralın qarşı tərəfinə çıxıb və avtomobili aşırıb.

Faktla bağlı BDYPİ tətəfindən araşdırma aparılır.



Femida.az

Açar sözlər: #Qəza   #Bakı-Qazax   #Hacıqabul  

Oxunub: 861