Astarada partlamamış 15 top mərmisi tapılıb - FOTOLAR


15:38     19 Aprel 2018 2018/04/img-20180419-wa0010_1524123902.jpg

Astarada 15 ədəd partlamamış top mərmisi tapılıb.


Mərmilər şəhərin Həzi Aslanov küçəsində qazma işləri aparılarkən sakinlər tərəfindən aşkar olunub. Dərhal DİN-nin "102 zəng mərkəzi"nə məlumat verilib. Əraziyə ANAMA-nın xüsusi əməliyyat qrupu cəlb olunub. Baxış keçirilən zaman həmin yerdən tapılan sursatın 10 ədəd 82 mm-lik BK-881, 2 ədəd 107 mm-lik BK 883, 1 ədəd 82 mm-lik O-883 və 2 ədəd 73 mm-lik BK markalı top mərmiləri olduğu məlum olub.

Partlamamış top mərmiləri ərazidən götürülərək zərərsizləşdirmək üçün Bakı şəhərinə aparılıb.







Femida.az

Açar sözlər:

Oxunub: 842