Yanan bina söndürüldü, 3 uşaq xilas edilib - YENİLƏNİB

Yanan bina söndürüldü, 3 uşaq xilas edilib - YENİLƏNİB

16:30     19 Aprel 2018 2018/04/643709_1524135648.jpg

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 60 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 8 m2 sahədə yanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər azyaşlı mənzildən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Bakıda yaşayış binası yanır.

Femida.az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə paytaxtın Hüseyn Cavid prospekti 186 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki mənzillərdən birində meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının fotoları sosial şəbəkələrdə yayılıb.

Femida.az

Açar sözlər: Yanğın   Bakı   Yasamal  

Oxunub: 782