NATO və Rusiya generalları Bakıda - Suriya böhranı müzakirə edildi


20:50     19 Aprel 2018 2018/04/1516713562_0001_1524142496.jpg

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı, ordu generalı Kertis Skaparotti ilə görüşüb.


Femida.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar zamanı generallar Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, etimad tədbirlərinin artırılması və insidentlərin qarşısının alınması barədə fikir mübadiləsi aparıblar.

Məlumatda, həmçinin qeyd olunub ki, Gerasimov və Skaparroti Suriyadakı vəziyyəti müzakirə edib və beynəlxalq terrorizmə qarşı mübarizədə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar.

Açar sözlər: #Suriya   #Gerasimov   #Skaparroti   #NATO  

Oxunub: 1261