Topogeodeziya taktiki-xüsusi təlimi keçirilib


21:06     19 Aprel 2018 2018/04/8aefe2cc9afd51b9cc68569bef203f01-1524140888_1524143247.jpg

Müdafiə Nazirliyi tabeliyində olan hərbi hissədə desantçıxarma əməliyyatlarının naviqasiya-hidroqrafik, hidrometeoroloji və topogeodeziya təminatı mövzusunda taktiki-xüsusi təlim keçirilib.


Nazirlikdən Femida.az-a verilən xəbərə görə, təlimdə tədqiqat qruplarının formalaşdırılması, əməliyyat keçiriləcək əraziyə çıxışı və desantçıxarma əməliyyatlarının keçiriləcəyi ərazilərdə dərinlikölçmə və geodeziya ölçmələri icra edilib.

Hərbi hissə komandanlığı təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

Femida.az

Açar sözlər: #Hərb   #Müdafiə_Nazirlik  

Oxunub: 1123