“Əsgərə məktub” layihəsi Tərtərdə


22:29     19 Aprel 2018 2018/04/521eeedb50b7da29c9c588f26cada03d-1524138693_1524145247.jpg

“Vətən uğrunda” səyyar təşviqat dəstəsi cəbhənin ön xəttində xidmət keçən hərbi qulluqçuların ruh yüksəkliyini daha da artırmaq məqsədilə “Əsgərə məktub” layihəsini Azərbaycanın müxtəlif regionlarında davam etdirir.


Müdafiə Nazirliyindən Femida.az-a verilən xəbərə görə, növbəti kütləvi-vətənpərvərlik tədbiri Tərtər rayonu icra hakimiyyətinin və Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Tərtər şəhərində keçirilib. İctimaiyyətlə ordumuz arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən layihə çərçivəsində görülən işlər və həyata keçirilən fəaliyyətlər barədə videoçarx nümayiş etdirilib.

Çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq bildiriblər ki, bu cür tədbirlərin keçirilməsinin məqsədi Vətəni qorumağa hər an hazır olan vətənsevər gəncləri yetişdirmək, onlarda milli və hərbi vətənpərvərlik ruhunu gücləndirməkdir.

Sonra Tərtər rayon ictimaiyyəti, valideynlər, müharibə veteranları videogörüntü vasitəsilə və yazılı şəkildə Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə xoş arzularını çatdırıb və onlara daim dəstək olduqlarını bildiriblər.

Femida.az

Açar sözlər: #Tərtər   #Əsgər  

Oxunub: 1495