Tovuzda iki nəfər balıqdan zəhərlənib


00:23     20 Aprel 2018 zeherlenme.png

Tovuz rayonunda iki nəfərin qidadan zəhərlənməsi baş verib.


Femida.az xəbər verir ki, rayon sakinləri 51 yaşlı Tahir Əliyev və 52 yaşlı İlqar Abbasov zəhərlənmə diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstərilib və vəziyyətləri orta ağırdı. Tahir Əliyev və İlqar Abbasovun balıqdan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Balıq   #Zəhərlənmə   #Tovuz  

Oxunub: 954