Prezident ilk rəsmi səfərini Türkiyəyə edəcək


22:43     19 Aprel 2018 18_04_19_1524149098.jpg

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edəcək.

Femida.az xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb.

Səfərin aprelin 25-də baş tutacağı bildirilir. Azərbaycan Prezidentinin səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırmla görüşü nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #Azərbaycan   #Prezident   #səfər   #Türkiyə   #İlham_Əliyev  

Oxunub: 1795