Ermənistan etirazlar böyüyür - Polis xalq tərəfə keçir


23:44     19 Aprel 2018 18_04_19_1524152163.jpg


Ermənistanda Serj Sarkisyanın hakimiyyəti növbəti dəfə zəbt etmə cəhdi ilə bağlı etiraz aksiyaları davam edir. Hadisələrin episentri Gümrü şəhərinə keçib.



Virtualaz.org “Hraparak” erməni nəşrinə istinadən xəbər verir ki, bir müddət öncə Gümrünün Vardanants meydanında mitinq iştirakçıları ilə polis arasında toqquşma baş verib.

Lakin polis əməkdaşları mitinq iştirakçılarına qarşı güc tətbiq etməkdən imtina ediblər və həmkarlarını xalq kütlələrinin tərəfinə keçməyə çağırıblar.

Femida.az

Açar sözlər: #Ermənistan   #polis   #etiraz   #mitinq   #Sarkisyan  

Oxunub: 1355