Bakıda maşın dirəyə çırpıldı - Sürücü ölüb


13:08     20 Aprel 2018 qeza_yeni.jpg

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili beton maneəyə çırpılıb.


Femida.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1972-ci il təvəllüdlü Bağırov Əsəd Ədalət oğlunun sıxılmış vəziyyətdə qalmış meyitini nəqliyyat vasitəsindən çıxarıblar. Meyit aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər: Qəza   Bakı   Nəqliyyat  

Oxunub: 1258