Bakını bürüyən toz dumanı ilə bağlı AÇIQLAMA


13:52     20 Aprel 2018 toz_dumani.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 20 aprel 2018-ci il tarixində səhər saatlarında Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib.


Bu barədə Femida.az-a nazirliyin mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, buna səbəb ölkə ərazisinə daxil olan şimal-qərb küləyidir.

Femida.az

Açar sözlər: #Toz-duman   #Bakı   #Abşeron   #Ekologiya  

Oxunub: 1075