Gömrükdə papaq əməliyyatı


14:33     20 Aprel 2018 2018/04/IMG_CE7068-2EFCE3-587E4E-9E0023-EE4604-F2029A-1524204364_4572618567.jpg

Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyasından daxil olan Rostov-Bakı sərnişin qatarına gömrük baxışı keçirilib.


DGK-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, baxış zamanı, qatarın 9-cu vaqonunun 2-ci kupesinin tavanındakı havalandırma sistemində olan boşluqda gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.

Vaqonun bələdçisi Rusiya Federasiyası vətəndaşının gizlətdiyi bu mallar - 18 ədəd kişi papağı, 27 ədəd papaq içliyi, 22 ədəd quzu dərisi, 2 ədəd suiti dərisi və 1 ədəd quzu dərisindən tikilmiş palto olub.

Faktla bağlı araşdırma aparılır.





Femida.az

Açar sözlər: #Papaq   #Rusiya   #DGK  

Oxunub: 1309