İrəvanda etirazlar davam edir - Tutulanların sayı 183 nəfərə çatıb (Yeniləndi)


21:30     20 Aprel 2018 2018/04/aksiya_ermenistan_0635_1524207031.jpg

Ermənistan polisi aprelin 20-də səhər saatlarında paytaxt İrəvanda etiraz aksiyasında iştirak edən daha 16 müxalifətçini saxlayıb.


Femida.az xəbər verir ki, bunu Ermənistan Polisinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Aşot Aqaronyan bildirib.

Aprelin 20-də səhər saatlarında müxalif lider Nikol Paşinyan tərəfdarlarını yük avtomobilləri ilə yolları bağlamağa və İrəvanda hərəkəti iflic etməyə çağırıb. Polis yolları bağlayan maşınları götürməyə cəhd göstərir.

Femida.az

Açar sözlər: #İrəvan   #Aksiya   #Polis    

Oxunub: 1054