Nardaranda könüllülərin sayı artıb - Polisə silahla gəlirlər

Nardaranda könüllülərin sayı artıb - Polisə silahla gəlirlər

11:07     20 Aprel 2018 2018/04/nardaran-polis_1524208174.jpg

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN-dən Femida.az-a verilən məlumata görə, bu istiqamətdə Sabunçu rayon polis idarəsinin 42-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 19-da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan İsrayıl Səmədzadənin həyətindən torpağa basdırdığı “Patent” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bunula yanaşı, aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Hüseyn Hüseynov müvafiq sənədləri olmayan “TOЗ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Faktlarla bağlı araşdırmalar aparılır. Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən Çöl-Beşdəli kənd sakini Cavanşir Hüseynovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, yaxın günlərdə bir neçə Nardaran qəsəbə sakini könüllü olaraq silahını təhvil vermək üçün Polis Bölməsinə gəlmişdi.

Femida.az

Açar sözlər: #Nardaran   #Polis   #Silah   #Cinayət  

Oxunub: 1836