ATSAM Ermənistan KİV-lərinin monitorinqini aparacaq


15:21     20 Aprel 2018 2018/04/ermeni-mediasi_1524209258.png


Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 1-ci qrant müsabiqəsi çərçivəsində “Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi” adlı layihəni 01 may-31 iyul 2018-ci ildə həyata keçirəcək.

Femida.az xəbər verir ki, layihə çərçivəsində Ermənistan mətbuatının aparıcı KİV-də və internet resurslarında Azərbaycan haqqında verilən informasiyalar dəyərləndiriləcək, Azərbaycana qarşı təbliğat istiqamətində hansı işlərin görüldüyü, hansı informasiyaların verildiyi, informasiyaların verilmə şəkli, manşet xəbər olması və s. araşdırılacaq, mövzulara görə təsnif ediləcək.

Azərbaycan 29 ildir Ermənistan ilə müharibə şəraitində yaşayır. Ermənistan bu illər ərzində mətbuat vasitəsilə mütəmadi olaraq Azərbaycana qarşı təbliğat kampaniyası aparır və dezinformasiyalar verir. Bu təbliğat həm dövlət nəzarətində olan mətbu orqanlar tərəfindən, həm də müstəqil mətbu orqanlar tərəfindən aparılır.

Ermənistan sadəcə ölkə daxilində deyil, eyni zamanda xarici dövlətlərdə də Azərbaycan əleyhinə məlumat və informasiyalar yayır.

İnternetin Ermənistan seqmetində KİV-rin hansı istiqamətlər üzrə Azərbaycana qarşı yalan məlumatlar yaydığı, hansı üsullarla bunları həyata keçirdiyi, hansı məsələləri gündəmə gətirdiyi, xəbərlərin mahiyyətinin nə olduğu, hansı nəticələri gözlədiyi üç ay müddətində tədqiq ediləcək

ATSAM 9 ildir mütəmadi olaraq Ermənistan mətbuatını izləyir. Bu zaman həm erməni dilində, həm də rus dilində yayımlanan xəbər agentlikləri diqqətə alınır. Hər iki dildə KİV-lərdə hər gün onlarla informasiyalar verilir və bu informasiyaların öyrənilməsi, analiz edilməsi və sistemləşdirilməsi zərurəti yaranır. Ermənistan KİV-də Azərbaycan ilə bağlı hansı informasiyaların hansı şəkildə verilməsini tədqiq etmək olduqca vacibdir. Bu zaman hansı məsələlərin ön plana çıxarıldığını bilmək, qarşı tərəfin təbliğat planları haqqında məlumat əldə etməyə imkan verir.

Femida.az

Açar sözlər: #erməni_mediası   #Ermənistan   #KİV   #mətbuat   #ATSAM   #monitorinq  

Oxunub: 1159