"Qədim mətnlər erməni saxtakarlıqlarını ifşa edir" - Kamran İmanov


15:24     20 Aprel 2018 2018/04/kamran-imanov_1524209467.jpg

“Müəlliflərin və digər hüquq sahiblərinin hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyətə malik olan əsərlərin rəsmi qeydiyyatının həyata keçirilməsi tətbiq edildiyi 1996-cı ildən 2018-ci il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilib”.

Femida.az xəbər verir ki, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 lliyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan, “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü“” münasibəti ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfransda deyib.

Agentlik rəhbəri çıxışında bildirib: “Hazırda bu sistem çərçivəsində elektron bazanın formalaşdırılması üzrə işlər davam etdirilir, artıq Azərbaycan mədəni irsinə aid 2100-ə yaxın mətn, foto, audio, video material rəqəmsallaşdırılaraq, elektron bazaya yüklənmiş və xüsusi qorunma su nişanları ilə təchiz edilib. İnternetdə rəqəmli hüquqların idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə Agentlik tərəfindən hazırda blokçeyn texnologiyasına əsaslanan xüsusi platforma yaradılır. Məqsəd müasir texnologiyaların tətbiqi yolu ilə hüquqların kollektiv idarəetmədən daha əlverişli və ədalətli olan əsərlərin fərdi idarəedilməsinə qaytarmaqdır.

Bu texnologiya vasitəçiləri aradan götürərək, etimadı artırır və piratçılığın qarşısının alınmasına əhəmiyyətli töhfə verir. Blokçeyn texnologiyasının mahiyyəti, tətbiqi mexanizmləri və bundan gözlənilən nəticələr Agentliyin keçirdiyi “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda beynəlxalq konfransda təfsilatlı təqdim edilmiş, həmçinin məsələ ilə bağlı “Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə: Azərbaycan təcrübəsi” adlı kitab nəşr ounub”.

Qeyd olunub ki, agentliyin fəaliyyətində erməni saxtakarlıqlarına və plagiatçılığına qarşı mübarizə əsas yerlərdən birini tutur və bununla əlaqədar bir çox tədbirlər, o cümlədən beynəlxalq səviyyəli tədbirlər keçirilib, çoxsaylı kitablar və digər nəşrlər hazırlanaraq yayılıb, erməni saxtakarlıqlarının və ermənilərin mədəni irs nümunələrimizə iddialarının təkzibolunmaz tarixi faktlar və elmi dəlillər əsasında ifşa edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1657