Masallıda yol nişanları oğurlandı
15:35 20 Aprel 2018
Masallı Rayon Polis Şöbəsinə Sərcuvar-Hüseynhacılı avtomobil yolundan yol-tikinti şirkətlərindən birinə məxsus ümumilikdə 40 ədəd yol nişanının oğurlanması barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş İlqar Şükürov olduğu müəyyən edilib. Nişanların bir qismi maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.
Femida.az
Oxunub: 1902
Oxşar xəbərlər
- Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb
- Masallıda keçmiş məhkumun evindən 5 kq-a yaxın narkotik aşkarlanıb
- Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
- Masallıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Masallıda yük avtomobili ilə narkotik daşıyan şəxslər saxlanılıb
- DİN: "Masallıda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb"
- Masallıda 7 il əvvəl baş verən qətlin yeni təfərrüatı məlum olub
- DİN Masallıda əmisi qızını öldürən şəxslə bağlı məlumat yayıb
- Masallıda qardaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi