Evdən 3 min manatlıq qızıl oğurlandı


15:46     20 Aprel 2018 qizil1.jpg

Bakıda evdən 3 min manatlıq qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də rayon ərazisindəki evlərin birindən 1800 manat və 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Etibar Kərimov saxlanılıb.

Femida.az

Açar sözlər: #Qızıl   #Polis   #Şabran   #Bakı  

Oxunub: 938