Neftçala sakini Yasamalda yaxalandı
15:56 20 Aprel 2018
DİN-in “102 Zəng Mərkəzi”nə Yasamal rayonu ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN-dən Femida.az-a verilən xəbərə görə, dərhal Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin əməkdaşları X.Mustafayev küçəsindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib. Mənzildən aprelin 16-dan 18-dək olan müddətdə qızıl-zinət əşyaları, televizor və digər məişət avadanlıqlarının oğurlandığı məlum olub.
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Həsənqulu Qurbanov olduğu müəyyən edilib.
Televizor və digər məişət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Femida.az
Oxunub: 1342
Oxşar xəbərlər
- Yasamalda avtomobil 43 yaşlı kişini vurub
- Yasamal məhkəməsindən şok qərar: Şəhid bacısına 20 min manat “atan” şəxsi azadlığa buraxıldı
- Yasamalda gənc qızı avtomobil vurub
- Yasamal polisi əməliyyat keçirib, 45 nəfər saxlanılıb, 30 kq narkotik götürülüb
- Yasamalda 22 yaşlı gənc intihara cəhd edib
- Yasamalda 47 yaşlı kişini avtomobil vurub
- FHN Yasamalda baş verən qəza ilə bağlı məlumat yayıb
- Yasamalda kişi meyiti aşkarlanıb
- Yasamalda 58 yaşlı qadını avtomobil vurub
- Mənzil İnşaatı Dövlət Agentliyi Yasamalda yeni mənzilləri satışa çıxarıb