Qanunsuz ov onlara baha başa gəldi - 26 min manat cərimə
17:05 20 Aprel 2018
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə respublikanın şəhər və rayonlarında mütəmadi tədbirlər həyata keçirir.
Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, cari ilin ötən 3 ayında keçirilmiş belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının pozulması) və 590-cı (mülki silahın və ya döyüş sursatının saxlanılması və daşınması qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 240 nəfər barəsində inzibati protokol tərtib olunub, həmin şəxslərə 26 min manata yaxın cərimə tətbiq edilib.
Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 252-ci (meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) və 253-cü (meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi) maddələrinin tələblərini pozmuş 10 nəfər barəsində inzibati tədbir görülüb, 15 nəfər barəsində isə Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Femida.az
Oxunub: 1363
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Ordumuzun mövqeləri atəşə tutulub
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Ordumuzun mövqeləri atəşə tutulub
- Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
- Gözəllik və güc. Galaxy Z Flip4 və Galaxy Z Fold4 haqqında növbəti qeydlər
- Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb