Bələdiyyə sədri 4000 manat cərimələndi
19:08 20 Aprel 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Şamaxı rayon sakini Aygün Məmmədova tərəfindən Şamaxı rayonu Şəhriyar qəsəbəsində məişət tullantılarının pərakəndə şəkildə atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
ETSN-dən Femida.az
-a verilən xəbərə görə, sözügedən əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən məişət tullantılarının qeyri-mütəşəkkil atılaraq qalaqlandığı, əraziyə zibil yeşiklərinin qoyulmadığı və tullantıların qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.
Araşdırma zamanı məişət tullantılarının əraziyə qəsəbə sakinləri Tamara Manafova, Rahib Həsəni və Nazim Zarcan tərəfindən atılaraq qalaqlandığı və Şəhriyar qəsəbə bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun qaydada idarə olunmadığı aşkar olunub.
Faktla bağlı qanun pozucuları barəsində protokollar tərtib olunub. İnzibati xəta törətdiyinə görə Şəhriyar qəsəbə bələdiyyəsinin sədri Musa Musayev vəzifəli şəxs qismində 4000, qəsəbə sakinləri T.Manafova, R.Həsəni və N.Zarcan isə fiziki şəxs qismində hər biri 700 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, ərazinin məişət tullantılarından təmizlənməsi və qəsəbədə tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunması üçün Şəhriyar qəsəbə bələdiyyəsinə icrası məcburi olan müddətli məcburi göstəriş verilib.
Femida.az
Oxunub: 974
Oxşar xəbərlər
- Bələdiyyə sədri həbs edildi
- Bələdiyyə sədri 3 min manat məbləğində cərimələndi
- Bələdiyyə sədri 3 min manat cərimələndi - Video
- Bələdiyyələrin fəaliyyəti ilə bağlı təkliflər hazırlanıb
- Bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib
- Bələdiyyə sədri məsuliyyətə cəlb edildi
- Bələdiyyə sədrinin meyitinin tapılması ilə bağlı rəsmi açıqlama
- Bələdiyyə sədrinə cinayət işi açıldı
- Bələdiyyələrin qanunsuz verdiyi 3500 hektar torpaq geri qaytarılıb
- Bələdiyyə işçiləri ilə bağlı Operativ Qərargaha müraciət olunacaq