18 yaşlı gənc itkin düşdü - Sumqayıtda


19:30     20 Aprel 2018 2018/04/644079_1524224029.jpg

Sumqayıt şəhərində 18 yaşlı gənc itkin düşüb.


Femida.azxəbər verir ki, Sumqayıt şəhər 2-ci mk ev 16/21v, mənzil 14 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Nüsrət Nəzər oğlu Nəzərov dənizdə qayıqla üzmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən məlumat verilib.

Şəkildə oğlanı tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə (+994 18) 655-74-85, (055) 943-94-94 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Açar sözlər: #İtkin   #Sumqayıt   #Polis  

Oxunub: 1860