İranda başörtüsü qalmaqalı


20:28     20 Aprel 2018 18_04_20_1524227352.jpg


İranda qadının “İslam qaydalarına uyğun geyimdə” olmaması ilə əlaqədar polis tərəfindən zorakılığa məruz qalması rəsmilər tərəfindən sərt tənqid olunub.

Məsələ gündəmə sosial şəbəkələrdə yayılan videodan sonra gəlib. Belə ki, qadın polislərin digər qadına qarşı başörtüsünün düzgün taxılmamasına görə güc tətbiq etməsini əks etdirən videogörüntülər yayılıb.

Bu addım sosial şəbəkələrdə qəzəblə qarşılanıb. İran parlamentinin deputatları, eləcə də hökumət rəsmiləri İran polisini vətəndaşlara qarşı zorakılıq tətbiq etməməyə çağırıb.

Polis rəsmiləri hadisənin araşdırılacağını bildirib./trend

Femida.az

Açar sözlər:

Oxunub: 974