Qusarda pulsuz tibbi müayinə keçirilib


20:44     20 Aprel 2018 2018/04/30714141_1688201501217533_6537978519970906112_o-1524228103_1524229201.jpg

"ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Qusarda ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.
Femida.az xəbər verir ki, aksiya çərçivəsində 400-dən çox vətəndaş müraciəti qeydə alınıb.
Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.


Femida.az

Açar sözlər:

Oxunub: 1117