Zakir Fərəcov baş həkimi özünə müavin təyin etdi


21:09     20 Aprel 2018 18_04_20_1524229285.jpg


Sumqayıt şəhər İcra Hakimiyyətində daha bir kadr dəyişikliyi həyata keçirilib.

Femida.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun sərəncamı ilə Müzəffərova Ülviyyə Baba qızı İcra Hakimiyyəti başçısınını müavini, ictima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

Ü. Müzəffərova buna qədər Sumqayıt şəhər 1 nömrəli uşaq poliklinikasının baş həkimi vəzifəsində çalışıb.

Qeyd edək ki, icra başçısının bu gün imzaladığı digər sərəncamla Səmədov Teymur Qırımxan oğlu birinci müavini vəzifəsinə təyin olunub.



Femida.az

Açar sözlər: #Zakir_Fərəcov   #baş_həkim   #müavin  

Oxunub: 3780