İrəvanı etiraz dalğası bürüyüb


14:24     23 Sentyabr 2015 irevan2.jpg

Ermənistanda artıq hər gün etiraz aksiyaları keçirilir.


Təzyiqli su və zorakılıq; paytaxtİrəvan küçələrində hər gün bu vəziyyət yaşanır.

Əvvəllər “Talana yox” adı altında keçirilən etiraz aksiyaları indi “Müstəqillik yürüşü” şüarı ilə keçirilir. Bir neçə saat öncə paytaxt İrəvanda aksiya keçirilib. Fəallar iqtidar partiya nümayəndələrinə qarşı sərt ittihamlar səsləndirib, onları hakimiyyətdən sui-istifadə etməkdə təqsirləndiriblər. Etirazçılar hökuməti istefaya çağırıb.

Onlar dövlət məmurlarını öz şəxsi hesablarını yüksəltmək üçün özlərinə sərf edən qərarlar qəbul etməkdə ittiham ediblər. Fəalların əsas tələbləri sırasında prezident Serj Sarkisyanın həbs edilməsi tələbi də var. Lakin Ermənistan prezidenti Sarkisyan hər gün adının etirazlarda səslənməsinə baxmayaraq baş verənlərə münasibət bildirməyə tələsmir.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin açıqlaması isə vəziyyəti xüsusilə gərginləşdirib. Fəallara dəstək nümayiş etdirən xanım deputat Zarui Postancyanın parlamentdəki çıxışına görə həbs edilə biləcəyi xəbəri yayılıb.

“İrs” partiyasının yenicə təyin olunmuş sədri parlamentdə hökumət əleyhinə çıxışı ilə təhlükəsizlik xidmətinin diqqət çəkib. Təhlükəsizlik xidməti xanım deputatı təxribat xarakterli çıxışlar etməkdə günahlandırır. Lakin həbs etməyə hələ ki, tələsmirlər.

Çünki Ermənistan hökuməti anlayır ki, fəallara dəstək nümayiş etdirən deputatın həbs edilməsi yeni və güclü etiraz dalğasının başlamasına səbəb ola bilər. (Ans)

Açar sözlər:

Oxunub: 863