Azərbaycanda yeni xalça emalatxanaları tikilir
22:55 20 Aprel 2018
Bu il Bakıda, Naxçıvanda, Abşeronda, Lənkəranda, Biləsuvarda, Kürdəmirdə, Qobustanda, Şabranda, Tərtərdə və Goranboyda xalça istehsalı emalatxanalarının tikintisi başa çatdırılacaq.
Femida.az bildirir ki, hər bir xalça emalatxanasında il ərzində, təqribən, 700 kvadratmetr xalça toxunması nəzərdə tutulub.
Respublikada xalça istehsalının xammal bazasının təşkili məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binalar inşa olunur. Məntəqələrə gətirilən 1500 ton yun Sumqayıt şəhərində tikilən Əyrici-Boyaq Fabrikində emal ediləcək. 750 ton kirli yundan "Azərxalça" ASC-nin 30 rayonda yaradılacaq filiallarında xalça toxunmaq üçün 250 ton yun iplik hazırlanacaq. Qalan 750 ton kirli yundan isə təmiz yun emal edilərək respublikadaxili və xarici bazarlara çıxarılacaqdır.
Tədarük məntəqələri regional xarakter daşıyır. Onlar əsasən yaxın və ətraf rayonları əhatə edir. Bərdədə inşası aparılan yun və boyaq bitkilərinin tədarükü məntəqəsi Ağdam, Füzuli, Beyləqan, Ağcabədi, Tərtər, Goranboy, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarına və Yevlax şəhərinə xidmət göstərəcək. Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının və Şəki şəhərinin sakinləri istehsal etdikləri yunu Qobustanda fəaliyyət göstərəcək tədarük məntəqəsinə verəcəklər. Sabirabaddakı məntəqə Hacıqabul, Saatlı, Salyan, Kürdəmir, Ucar, İmişli, Lerik, Yardımlı, Biləsuvar, Neftçala rayonlarını və Lənkəran şəhərini əhatə edəcək. Şabran regional tədarük məntəqəsinin imkanlarından Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarının sakinləri bəhrələnəcəklər. Naxçıvan şəhərində yaradılan məntəqə isə muxtar respublikanın bütün rayonlarını əhatə edəcək.
Cəmiyyətin 2018-ci ildə yaradılacaq xalça emalatxanalarında, tədarük məntəqələrində 2000-ə yaxın insan daimi və mövsümi işlə təmin olunacaqdır.
Qeyd edək ki, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin 2016-2017-ci illərdə Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında filialları fəaliyyətə başlayıb.
Femida.az
Oxunub: 1195
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib