Tramp OPEK-i ittiham etdi: Qiyməti süni şəkildə qaldırırlar


22:24     20 Aprel 2018 tramp4.jpg

ABŞ Prezidenti Donald Tramp OPEK-i neft qiymətlərini süni şəkildə qaldırmaqda ittiham edib.


Femida.az Trend-ə istinadən bildirir ki, bu barədə o, öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bunun qəbul olunmayacağını vurğulayıb:

"Belə görünür ki, OPEK yenə bunu təkrarlayır. Hər yerdə rekord həcmdə neft ola-ola, o cümlədən dənizdə neft dolu gəmilər ola-ola qiymətlər süni qaldırılır! Bu yaxşı hal deyil və qəbul oluna bilməz".

Femida.az

Açar sözlər: Tramp   OPEK  

Oxunub: 924