Prezident yeni dövlət agentliyi yaratdı - Sərəncam
23:29 20 Aprel 2018
Prezident İlham Əliyev aprelin 20-də Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.
Sərəncamda Nazirlər Kabinetinə Mədəniyyət Nazirliyinin və Dövlət Turizm Agentliyinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Mədəniyyət Nazirliyinin və Dövlət Turizm Agentliyinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsi təmin ediləcək.
Oxunub: 1554
Oxşar xəbərlər
- Agentlik sədri: "Bu il 30 min şəxsə əlillik təyin olunub"
- Agentlik əlillik təyinatı ilə bağlı verilən imtinaların səbəbini açıqlayıb
- "Bu il 69 minə yaxın şəxs işlə təmin edilib" - Agentlik
- Agentlikdən şikayətçi həkimə cavab: Bir ildə 25 min manat maaş alıb
- Agentlik: Son illərdə 7 mindən çox saxta əlillik ləğv edilib
- QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradılır - FƏRMAN
- Agentlik direktoru çap mediasının inkişafı üçün görüləcək işləri açıqlayıb
- Agentlik Azərbaycan mahnısının oğurlanması ilə bağlı iddia qaldırdı
- Agentlik oturacaq yerlərindən istifadəyə qadağa qoydu
- Agentlik icbari tibbi sığorta ilə bağlı təsdiqlənən qaydalara aydınlıq gətirilib