Azərbaycanda 100 ildən çox yaşayanların sayı azalıb

Azərbaycanda 100 ildən çox yaşayanların sayı azalıb


00:17     21 Aprel 2018 18_04_20_1524241105.jpg

Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan əhalinin sayı azalıb.

Femida.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, ümumilikdə yaşı 100 və 100-dən çox olan insanların sayı azalsa da, uzunömürlü kişilərin sayı çoxalıb.

Belə ki, 2013-cü ildə yaşı 100-dən çox əhalinin sayı 838 nəfər olub ki, onun da 814-ü qadın, 24-ü kişi olub. 2014-cü ildə yaşı 100-dən çox olan əhalinin sayı 669 (635 qadın, 34 kişi), 2015-ci ildə 619 (547 qadın, 72 kişi), 2016-cı ildə 626 (530 qadın, 96 kişi), 2017-ci ildə 683 (535 qadın, 148 kişi) olub.

2017-ci ildə yaşı 100-dən çox olanların 50-si Bakıda, Abşeron iqtisadi rayonunda 9, Gəncə-Qazax iqtisadi rayonunda 44, Şəki-Zaqatala iqtisadi rayonunda 15, Lənkəran iqtisadi rayonunda 17, Quba-Xaçmaz iqtisadi rayonunda 7, Aran iqtisadi rayonunda 36, Kəlbəcər-Laçın iqtisadi rayonunda 69, Dağlıq Şirvan iqtisadi rayonunda 9, Naxçıvan Muxtar Respublikasında 44 nəfər olub.

Ötən illər ərzində Aran iqtisadi rayonunda olan 100-dən çox yaşlı əhalinin sayı nəzərə çarpan dərəcədə azalıb. 2013-cü ildə burada yaşı 100-dən çox olan əhalinin sayı 120 olduğu halda, 2015-ci ildə bu rəqəm azalaraq, 37-yə, 2017-ci ildə isə 36-ya enib.

Ölkədə ümumilikdə yaşı 100-dən çox olan insanlar daha çox Yuxarı Qarabağ iqtisadi rayonunun payına düşüb. 2013-cü ildə burada 258 nəfər yaşı 100 və daha yucarı yaşda olan insan yaşayıb. Bu say sonrakı illərdə yalnız artıma doğrui dəyişib və nəticədə 2017-ci ildə Yuxarı Qarabağ iqtisadi rayonunda yaşı 100 və 100-dən yuxarı olan əhalinin sayı 383-ə (311 qadın, 72 qadın) yüksəlib.

Açar sözlər:

Oxunub: 997