Bakıda gənci ayağından bıçaqladılar

Bakıda gənci ayağından bıçaqladılar


13:11     21 Aprel 2018 bicaq.jpg

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.


Femida.az "Report"a istinadən bildirir ki,1989-cu il təvəllüdlü Nəbiyev Ramin Qəyyum oğlu Lökbatan qəsəbəsində tanıdığı şəxslə əlbəyaxa dava edib.

Nəticədə o, bud nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: Bıçaq   Bud   Bakı  

Oxunub: 608