Kürdəmirdə 8 otaqlı ev yandı


13:20     21 Aprel 2018 yangin_38673636.jpg

Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Kürdəmir rayonu, Mollakənd kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 8 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Kürdəmir   #Yanğın  

Oxunub: 910