"Facebook"da siyasi fikirlərlə bağlı yeni qaydalar


13:39     21 Aprel 2018 facebook1.jpg

"Facebook" Avropada yeni qaydalar tətbiq etməyə başlayır.


Femida.az xəbər verir ki, Avropa parlamenti ilə görüşlərdən sonra şirkət bu barədə qərar qəbul edib.

Tətbiq olunacaq yeni qaydalara əsasən, istifadəçilər paylaşdıqları məlumatların başqa bir şəxs tərəfindən paylaşılmasına qadağa qoya biləcək. Həmçinin istifadəçilərin öz siyasi, dini və şəxsi münasibətləri barədə məlumatları üçün ayrı-ayrı bölmələr yaradılacaq və bu bölmələr üzrə paylaşımların başqaları tərəfindən istifadəsi mümkün olmayacaq.

Gələcəkdə bu cür paylaşımlar etdikcə isə istifadəçilərə fikirlərinin ziddiyyətli olub olmadığı və paylaşım edib etməyə biləcəkləri barədə bildirişlər gələcək.

Həmçinin gələcəkdə "Facebook"da üz tanıma texnologiyasının tətbiqi də gözlənilir.

Mark Zukerberq açıqlamasında bu qaydaların müəyyən dəyişikliklərlə bütün dünyada tətbiq olunacağını da qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 956


Oxşar xəbərlər