"Addım at, Seri rədd et" - İrəvanda yollar bağlandı


14:03     21 Aprel 2018 18_04_21_1524290580.jpg


Ermənistanda Ser Sarkisyanın baş nazir seçilməsinə qarşı etirazlar davam edir. "Addım at, Seri rədd et" şüarı ilə keçirilən etiraz aksiyası günbəgün daha da böyüyür.

Femida.az xəbər verir ki, 13 apreldən etibarən başlayan mitinqlər müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Artıq nümayişçilər İrəvanda bir çox küçələri bağlayıb. Paytaxda nəqliyyatın hərəkəti iflic olunub.

Paşinyan ötən gecə küçələri bağlamaq üçün çağırış edib və böyük yük maşınlarının sürücülərinə onlara dəstək olması üçün səslənib. 3 yük maşını İrəvanın ən işlək 2 küçəsinin ortasında maşını saxlayaraq etirazçılara dəstək olub.

Etirazlar davam edir.



Femida.az

Açar sözlər: #Ermənistan   #İrəvan   #etiraz   #Paşinyan  

Oxunub: 820